Maskaya görə 200 dollar cərimələndi 
    
                          
     
                         29.06.2021
 
    
                         Avstraliya baş nazirinin müavini Barnabi Coys pandemiyaya qarşı mübarizə qaydalarını pozduğuna görə 200 dollar(Avstraliya dolları-red.) cərimə olunub.
DM xarici  KİV-ə istinadən xəbər verir ki, Coys ictimai yerdə tibbi maskadan istifadə etmədən hərəkət etdiyinə görə cərimələnib. Maraqlıdır ki, vətəndaşlardan biri onun maskasız gəzdiyini görəndən sonra ərazidəki polisə müraciət edib.