29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan könüllüləri arasında “Dəmir Yumruq” intellektual liqası keçirildi

26.06.2021

Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə könüllülər arasında 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Dəmir Yumruq” adlı intellektual liqa keçirilib.

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, məlumat bazalarının formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən yarışda müxtəlif təşkilatları təmsil edən 70 könüllü iştirak edib.

Quba "ASAN Xidmət” mərkəzində baş tutan yarış iki mərhələdən ibarət olub. Hər birində 5 könüllü olmaqla 14 komandanın iştirak etdiyi "Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə 8 komanda qələbə qazanaraq "Breyn-rinq” formatında keçirilən növbəti mərhələdə mübarizə aparıblar. Bu mərhələdə isə Quba rayonunu təmsil edən "Gənc Könüllülər” komandası gərgin mübarizədən sonra rəqiblərini üstələyərək kubokun sahibi olub. "Könüllü DOST” proqramı və "ASAN Könüllüləri” Təşkilatını təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara sertifikatlar və dəyərli hədiyyələr təqdim olunub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində könüllülərin olduqca böyük maraq göstərdikləri və fəal iştirak etdikləri intellektual oyunların, eləcə də müxtəlif idman yarışlarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.