28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan ordusunun iki generalı İŞDƏN ÇIXARILDI

25.06.2021

 Ermənistan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.

DM "Aysor”a istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının rəisi, general-mayor Armen Vardanyan və Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan vəzifədən azad ediliblər.

Onların vəzifədən azad edilmələrinin səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, İ.Matevosyan 2015-ci il, A.Bardanyan isə 2012-ci ildə bu vəzifəyə təyin olunmuşdular.