20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Gürcüstanda dövlət koronavirus cərimələrini əfv edəcək

24.06.2021

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən özünütəcrid, karantin və maska ​​rejiminin pozulmasına görə vətəndaşlara yazılan cərimələr silinəcək.

"Sputnik” Gürcüstan xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Gürcüstanın Baş naziri bəyan edib ki, sərt pandemiya qadağaları dövründə qaydaların pozulması səbəbindən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aid iki qanun layihəsi artıq parlamentə təqdim edilib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, sözügedən təşəbbüsdən 245 min vətəndaş, habelə 344 hüquqi şəxs yararlana biləcək.

İ.Qarabişvili həmçinin əlavə edib ki, əfv ödənilməmiş cərimələri əhatə edir.

"Əfv olunan cərimələrin ümumi məbləği 76 milyon lari (41 milyon manat) təşkil edəcək”, - deyə Gürcüstanın Baş naziri vurğulayıb.