27 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tam əyani tədrisə qayıtmağın şərtləri AÇIQLANDI

24.06.2021

"Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu mövzu yenə də Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılı olacaq: "Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi vacib şərtdir”.