26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milyarder proqramçı həbsxanada ÖLÜ TAPILDI

24.06.2021

 İspaniyada vergidən yayınma ittihamı ilə tutularaq ABŞ-a ekstradisiya edilən texnika dünyasının milyarderi  John Mcafee həbsxanada ölü tapılıb. 

DM xəbər verir ki, 75 yaşlı amerikalı kompüter proqramçısının ölüm səbəbi  məlum deyil. Mühafizəçilər səhər saatlarında Johnun  cansız cəsədini həbsxana kamerasında tapıblar.  Onun intihar etdiyi bildirilir. 

Antivirus istehsalçısı olan John Mcafee 2019-cu ildə ABŞ rəsmilərindən ölüm təhdidi aldığını bildirmişdi. Hətta o, bununla bağlı sağ qoluna döymə  etdirərək: "Bir gün ölü tapılsam, bilin ki, öldürüldüm. Bunu anlamaq üçün sağ qoluma nəzər yetirin. ABŞ rəsmiləri məni  ölümlə təhdid edir".

Belə ki, John ölümünü əvvəlcədən qeyd edərək, cinayətkarları cəzasız qalmamasını  istəyib. Qeyd edək ki, amerikalı antivirus istehsalçısı  olan John Mcafee məşhur kompüter bilicilərindən biri idi. O, bununla texnika dünyasının zəngin simalarından biri olub.