28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvan Azərbaycanın ərazi bütövlüyünü bu tarixdə tanıyacaq

23.06.2021

 Yaxın zamanlarda Ermənistan hökuməti ilə Rusiya arasında rusiyalı sülhməramlıların Geqarkunik vilayətinə yerləşdirilməsi ilə bağlı razılaşma əldə olunacaq. Bundan sonra ön cəbhədən erməni qoşunları çıxarılacaq.

DM xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb.

Məlumata görə, Nikol Paşinyan böyük ehtimalla sentyabrda razılaşma imzalayacaq. Bu razılaşma ilə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı bildirilib.

Qeyd edək ki, Geqarkunik və digər sərhəd ərazilərə Rusiya hərbçilərinin yerləşdirilməsi üçün üçtərəfli danışıqlar getdiyi barədə məlumatı əyalətin qubernatoru yaymış, daha sonra isə Ermənistan Baş Qərargah rəisi təsdiqləmişdi.