27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNEC-də növbəti beynəlxalq konfrans keçirilib

23.06.2021

 İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti və ESD (Economic Social Development) təşkilatının "Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcək.

DM xəbər verir ki, bu, ESD-nin 70-ci, ESD ilə UNEC-in birgə keçirdiyi 3-cü konfransıdır.

Konfransın açılışında UNEC rektoru professor Ədalət Muradov, təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula və millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edəcəklər.

Konfrans saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalı üzərindən canlı yayımlanacaq.

ESD Beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Konfransa qəbul olunan məqalələr "Web of Science” və "EconLit” kimi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilir.

Konfransda dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarusiya və s.) tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Təşkilat komitəsinə təqdim olunmuş 160-dan çox məqalə konfransın Elm Komitəsi tərəfindən qəbul edilib.