09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maduro: Trampdan cavab gözləyirəm

08.08.2018

ABŞ Prezidenti Donald Trampın digər ölkələrin liderlərinə qarşı sui-qəsdlərə hazırlığa imkan verməyəcəyinə inanırıq.
"Dövran Media" xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyası ilə xalqa müraciəti zamanı deyib.
"İstərdim ki, Ağ Ev və Kolumbiyanın yeni hökuməti sui-qəsddə iştirak edənlərlə əlaqələrini təqdim etsin. İnanıram ki, prezident Donald Tramp ABŞ ərazisində Venesuela kimi ölkələrin mülki və hərbi liderlərinə qarşı sui-qəsdlər hazırlanmasına imkan verməyəcək. Trampdan qısa zaman çərçivəsində cavab gözləyirəm”, - o bildirib.