04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının Baş Planında hansı yeniliklər var?

22.06.2021

 "Hazırda Bakı şəhərinin Baş Planı ilə bağlı layihə yekunlaşmaq üzrədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”.

DM xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook” səhifəsində yayımlanan "Ekspert saatı”nda çıxışı zamanı deyib.

A.Əkbərli bildirib ki, Bakıda yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur:

"Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alan məqamlardandır”.

A.Əkbərlinin sözlərinə görə, əhalinin artımı yaşıllıq zonalarının istismar olunması ilə müəyyən problemlər yaradır:

"Bu gün adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin təəssüf ki, biz bunu görmürük. Yeni layihədə qarşıya qoyulan məqsəd bu hədəfə nail olmaqdır”.