05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı kinorejissor vəfat etdi

22.06.2021

 Azərbaycanlı kinorejissor Çingiz Rəsulzadə vəfat edib.

DM xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumata görə, 1972-ci il təvəllüdlü Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Ç.Rəsulzadə 20 fevral 1972-ci il Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.