03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komitə sədri ABŞ, Rusiya və İran liderlərini Şuşaya dəvət etdi

22.06.2021

Azərbaycan və Türkiyənin hərbi ittifaqı başqa ərazilərə hücum planı deyil. Şuşa Bəyannaməsində 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə çevirir.

DM xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici dövlət başçısı kimi Şuşaya səfər edib.

Zahid Oruc İranın yeni seçilən prezidenti İbrahim Rəisini, ABŞ Prezidenti Cozef Baydeni və Rusiya lideri Vladimir Putini də Şuşaya gəlməyə çağırıb.

"Onlar gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır. Bizim tarixi qələbəmiz yalnız Azərbaycana və Türkiyəyə deyil, ədalətin tərəfində olan hamıya məxsusdur”,-deyə o əlavə edib.