04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT nümayəndələri Qarabağa səfər edəcək

22.06.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

"2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb və təşkilatı bu prosesi sürətləndirməyə çağırıb. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb.

Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Azərbaycan BMTQAK missiyasını da qəbul etməyə tam hazırdır. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.