03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin köməkçisindən AÇIQLAMA

22.06.2021

 Biz erməninin saziş əsasında üzərinə düşəni edəcəyinə inansaq, bu, sadəlöhvlük olardı.

DM xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan "Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, erməni xisləti ondan ibarətdir ki, onlar hər şeydən istifadə edəcəklər:

"Onlar bu gün də aranı qatmağa çalışaraq ayrı-ayrı təxribatlar törədəcəklər. Bunların hər biri artıq bizə bəllidir. Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər. Amma elə danışırlar ki, guya Qarabağ tarixi erməni torpağıdır. Həqiqət budur ki, erməninin heç vaxt torpağı olmayıb. Orada türkdilli millətlər yaşayıbdır. Ona görə də hesab edirəm ki, biz erməninin qarşısında güclü olmalıyıq. Cənab Prezidentin göstərişlərini canla-başla yerinə yetirməliyik”.