26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

21.06.2021

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması barədə razılıq əldə edilib.