20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Köçəryan tam məğlub oldu - Markov

21.06.2021

Ermənistan Azərbaycanla Rusiyanın iştirak etdiyi sülhü seçdi.

DM xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Ermənistanda ötən gün keçirilən parlament seçkilərində Nikol Paşinyanın qələbə qazanmasına münasibət bildirərkən deyib.

"Nikol Paşinyanın məhz bu siyasətini seçicilərin 54%-i dəstəklədi. Müharibə partiyası tam məğlubiyyətə düçar oldu. Köçəryan Bloku 21%, onun müttəfiqi Serj Sərkisyan 5% səs topladı. Erməni cəmiyyəti Paşinyana hətta II Qarabağ savaşındakı ağır məğlubiyyəti belə bağışladı. Ona görə ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. O, Köçəryanın müharibə çağırışlarından qorxub. Erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açıqlmasını, iqtisadi inkişafı istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi”, – deyə o bildirib.