19 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Şəhid jurnalistlərlə bağlı Mançesterdə aksiya keçirildi

21.06.2021

 Azərbaycanlılar BBC-nin Mançester şəhərindəki binası qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən "Natavan Qrup”u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə BBC teleradioyayım korporasiyasının Mançester şəhərindəki binası qarşısında aksiya keçirilib.

Aksiya Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət cəlb etmək  məqsədi ilə təşkil olunub.

Aksiya iştirakçıları hazırladıqları bəyanatı BBC rəsmisinə təqdim edib və  beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərinə, azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmasına biganə qalmamağa, ölkəmizin haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.