30 07 2021-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
30/07/2021
29/07/2021

Füzulidə uşaq bağçası istifadəyə verildi

21.06.2021

 Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirilməsi bu günə qədər uğurla reallaşdırılıb. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür.

DM-in məlumatına görə, iyunun 18-də rayonun Arayatılı kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir olunub istifadəyə verilən 75 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ictimaiyyət nümayəndələri, valideynlər və uşaqlar iştirak ediblər. 

Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Gələcəyimiz olan uşaqların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, əlavə olaraq musiqi otağı, tibb otağı körpə fidanların istifadəsinə verilib.

Açılış zamanı rayon rəhbərliyi və valideynlər bağçada yaradılmış şəraitlə yaxından tanış olublar. Arayatılı kənd körpələr evi-uşaq bağçasının kollektivi, valideynlər, kənd sakinləri yaradılmış şəraitə və göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.