Türkiyədə yaşayış binası yerlə bir oldu  
    
                         
     
                         21.06.2021
 
    
                        Sakarya vilayətinin Adapazarı qəsəbəsində sökülməkdə olan yaşıyış binası planlı şəkildə partladılıb.
"Haber Global” bildirir ki, binanın ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. Yaxınlıqdan keçən avtomobil yolunda hərəkat dayandırılıb.
Buna baxmayaraq, bəzi vətəndaşlar prosesi yaxından izləməyə çalışıb. Onlardan biri binanın yerlə bir olma anını mobil telefonu ilə qeydə alıb.