25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu sazişi canlandırmaq mümkün deyil - Əhmədinejad

20.06.2021

 Birgə Hərtərəfli Fəaliyyət Planı qüsurlu bir razılaşmadır, içində bir çox nöqsan var. Nüvə sazişini canlandırmaq çox çətin bir işdir və düşünürəm ki, mümkünsüzdür.

DM xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

"Nüvə anlaşmasının uğursuz olmasının səbəbi müqavilədə əks olunan beynəlxalq normalara və onun tələblərinə riayət edilməməsi idi. Bu, birtərəfli və ədalətsiz bir razılaşmadır. Bu müqavilənin təməlində tərəflərin qarşılıqlı maraqları və öhdəlikləri arasında bir tarazlıq yoxdur və bu, mübahisələrin həlli üçün aydın bir mexanizm deyil", - deyə o bildirib.

Əhmədinejad nüvə anlaşması ilə əlaqədar yeni danışıqların İranın hüquqları nəzərə alınaraq yeni şərtlərlə aparılmalı olduğunu vurğulayıb.