03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Sumqayıt" yeni qapıçı aldı

18.06.2021

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” növbəti futbolçunun keçidini gerçəkləşdirib.

DM klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü "Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. Qolkiper yeni komandasında "1" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-2017-ci illərdə "Sumqayıt"da çıxış etmiş Tərlan Əhmədli bu müddətdə ümumilikdə 11 oyun keçirib. O, "Qəbələ” ilə yanaşı (14 oyun), "Rəvan”, "Xəzər Bakı” və "Sabah” klublarının da uğurları üçün çalışıb. Əhmədli Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.