04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AVRO-2020-nin Bakıdakı üçüncü oyununun hakimləri bilindi

18.06.2021

AVRO-2020-də qrup mərhələsinin III turunun ilk təyinatları açıqlanıb.

DM xəbər verir ki, iyunun 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq İsveçrə – Türkiyə qarşılaşmasını sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Ona həmyerliləri kömək edəcək. Dördüncü və ehtiyat beşinci hakim İsveçdəndir. UEFA Almaniyadan olan briqadaya VAR hakimləri kimi təyinat verib. Görüşün hakim-inspektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə gürcüstanlı İrakli Nakaidze olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.