09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tovuzda mina partladı: TƏFƏRRÜAT - VİDEO +Yenilənib

07.08.2018

Tovuz rayonunun Əlibəyli kəndində 2 nəfərin minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Dövran Media"nın məlumatına görə, hadisə zamanı hər iki şəxs ərazidə heyvan otarırmış.
Minaya düşən şəxs, 24 yaşlı Elşad Mehdiyev bildirib ki, həmin ərazidə dəfələrlə heyvanlarını otarıblar: "Biz minalı sahənin daha qabaqda olduğunu bilirdik. Lakin burada mina olduğunu düşünmürdük. Bir də gördüm Elgün aşağı dərədə nəsə gördüyünü deyib getdi. Mən ona baxarkən birdən həmin cismə toxunan kimi partlayış baş verdi. Həmin vaxt huşumu itirmişəm, ayılanda yaralandığımı, Elgünün isə olmadığını gördüm. Daha sonra səsini eşitdim, kolluqda idi. Yanına getdim, sol ayağı yox idi, özü də qan içində kömək istəyirdi. Birtəhər götürüb yola çıxartdım. Köməyə gəldilər və xəstəxanaya apardılar. Mən ona həmin cismi qurdalama demişdim, amma mənə qulaq asmadı".
Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib ki, yaralılardan 14 yaşlı Elgün Hüseynovun vəziyyəti ağır olaraq qalır: "Hər iki yaralı əməliyyat edilib və lazımi tibbi yardım göstərilib. E.Hüseynovun sol ayağı amputasiya edilib, bədəninin müxtəlif yerlərində isə dərinə keçən qəlpə yaraları var. O, əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər yaralı E.Mehdiyevdə də müxtəlif dərəcəli bədən xəsarətləri var, ona da tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyəti isə orta-ağırdır". 

15:21
Tovuz rayonunda minaya düşənlərdən birinin ayağı amputasiya olunub.
Bu barədə açıqlamasında Tovuz Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov bildirilib.
Baş həkimin sözlərinə görə, baş verən hadisədən sonra xəstəxanaya çatdırılan 14 yaşlı mülki şəxs Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib:
"Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağırdır. Ağır xəsarət alan digər şəxs, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti sabitdir. Müalicələri davam etdirilir”.
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ərazisində iki nəfər mülki şəxs minaya düşüb.