04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB rəsmisindən AÇIQLAMA

18.06.2021

"AstraZeneca vaksini ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə vurulması nəzərdə tutulub”.

DM xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bunu COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu, həmin vaksinin məhdud sayda olması ilə əlaqəlidir:

"Vaksin ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə vurulması nəzərdə tutulub. Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.

N.Mustafayeva onu da əlavə edib ki, vaksinasiyadan altı ay sonra növbəti dəfə peyvəndlənmək üçün hələlik heç bir qərar yoxdur:

"Bu məsələyə kliniki araşdırmalardan sonra aydınlıq gətiriləcək”.