04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Gallup"un sorğusunda Koçaryan Paşinyanı üstələdi

18.06.2021

 "GALLUP” beynəlxalq sorğu mərkəzi Ermənistanda iyunun 20-də keçiriləcək erkən parlament seçkiləri ilə bağlı sonuncu sorğunun nəticələrini açıqlayıb.

DM erməni KİV-lərinə istinadən xəbər verir ki, sorğunun nəticələrini mərkəzin Ermənistandakı nümayəndəsi Aram Navasardiyan təqdim edib.

"2021-ci il iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində hansı partiyaya və ya bloka səs verəcəksiniz?", - sualına respondentlərin cavabları belə olub:

Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” bloku – 28,7 %

Baş nazir vəsifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası 25,2%

Sabiq prezident Serj Sarkisyanın "Respublika" partiyası və Milli Təhülkəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının sədri Artur Vanetsiyanın "Şərəfim var" bloku 10,8% və s.