03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həftəsonu ictimai nəqliyyat necə işləyəcək?

18.06.2021

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verib.

Bildirilib ki, əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında Bakı metrosunun iyun ayı ərzində hər gün işləyəcəyi qeyd edilir.