03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruz Aslanov seçicilər ilə səyyar qəbul keçirib

18.06.2021

Millət vəkili Novruz Aslanov iyunun 17-də İsmayıllı rayonuna növbəti səfərini edib.

DM xəbər verir ki, Millət vəkili rayonun Vəng, Ruşan, Mücühəftəranvə Qalıncaq kəndlərində seçiciləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. Qalıncaq kəndində keçirilən qəbulda yaxınlıqda yerləşən Göytəpə kəndinin sakinləri də iştirak ediblər. Qəbullar pandemiya qaydalarına uyğun olaraq keçirilib. Qəbulda iştirak edən sakinlər kəndin içməli su və qaz problemini deputatın diqqətinə çatdırıblar. Həmçinin, məşğulluqla və sosialyönümlü məsələlərlə yanaşı fərdi məsələlərlə də bağlı deputata müraciətlər ediblər. Bəzi məsələlər yerindəcə həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.

Sonra Novruz Aslanov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı NahidBağırovla Buynuz kəndində mərhum xalq şairi Musa Yaqubun ailəsinə baş çəkib,başsağlığı veriblər.