03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən zəngin adamları açıqlanıb - TOP-5

18.06.2021

"Forbes" jurnalı dünyanın ən zəngin insanlarının reytinqini dərc edib.

APA-nın "Forbes"a istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində sərvəti 200,7 mlrd. ABŞ dolları təşkil edən "Amazon"un təsisçisi Ceff Bezos qərarlaşıb.

Reytinqin ilk beşliyinə Bernar Arno (LVMH, 200,4 mlrd. dollar), İlon Mask ("Tesla" və "SpaceX", 154,6 mlrd. dollar), Bill Qeyts ("Microsoft", 125,9 mlrd. dollar) və

Mark Zukerberq ("Facebook", 121,9 mlrd. dollar) daxil olub.

Maraqlısı budur ki, siyahının ikinci pilləsində qərarlaşan LVMH qrupunun ("Louis Vuitton Moet Hennessy" – "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Moet & Chandon", "Hennessy" və digər brendlər altında lüks malların istehsalçısı) prezidenti Bernar Arnonun sərvəti sutka ərzində 1,4 mlrd. dollar artaraq ilk dəfə 200 mlrd. dolları keçib. O, "Amazon"un təsisçisi Ceff Bezosdan sonra dünyada sərvəti 200 mlrd. dolları keçən ikinci adam oldu. Mayın 24-də Bernar Arno dünyanın ən zəngin adamları siyahısının zirvəsinə yüksəlmişdi. Həmin an onun sərvəti Ceff Bezosun varidatından 300 mln. dollar çox idi. Milyarderin sərvətinin kəskin artması ı COVID-19 pandemiyası zamanı LVMH qrupunun nümayiş etdirdiyi yaxşı göstəricilərlə əlaqədardır.