25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Google” ilk offlayn mağazasını açır

18.06.2021

"Google” Nyu-Yorkda ilk pərakəndə mağazasını açır.

Bu barədə "The Verge” xəbər yayıb.

Mağazada şirkətin öz məhsulları, o cümlədən "Pixel” telefonları, "Nest” ağıllı ev alətləri və "Fitbit” fitness-trekerlər satılacaq. Bundan əlavə, üçüncü tərəf aksesuarları, həmçinin "Google” markalı geyimlər (papaqlar, köynəklər) də təqdim olunacaq.

"Google” digər mağazaların nə vaxt və harada açılacağını açıqlamır.

Butikdə "Pixel” telefonları üçün təmir xidmətləri və şirkətin digər məhsulları üçün aparat dəstəyi təmin ediləcək. Bundan əlavə, istifadəçilər cihazların proqram təminatı üçün mağaza ilə əlaqə qura biləcəklər.

Mağaza iyunun 17-də açılacaq.