04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Terror qruplaşmasına qarşı qətiyyələ mübarizə aparırıq” - Ərdoğan

17.06.2021

"Terrorçuluğa, PKK/YPG-PYD-dən İŞİD-ə FETÖ-ya qədər terror qruplaşmasına qarşı qətiyyələ mübarizə aparırıq”.

DM xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 17-də Antalyada keçirilən Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Zirvəsindəki çıxışında bildirib.

O, Türkiyədə 3,7 milyon suriyalıya sığınacaq verdiklərini vurğulayaraq qaçqınlarla bağlı beynəlxalq ictimaiyyətdən dəstək görmədiklərini bildirib.

Türkiyə prezidenti 158 ölkə və 12 beynəlxalq təşkilata koronavirusa qarşı mübarizədə dəstək verdiklərinin söyləyb.

Rəcəb Tayyib Ərdoğan Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Zirvəsinin 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib, gələn ildən təşkilata ev sahibliyi edəcək Yunanıstana uğurlar arzulayıb.