04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəşad Sadıqov komandasını Türkiyəyə aparacaq

17.06.2021

 "Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub. 

DM xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri iyunun 24-də çalışmalara start verəcək. 

Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə” bu müddətdə üç yoxlama oyunu keçirməyi planlaşdırır. 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul – 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə dörd yoxlama matçı keçirməyi hədəfləyib.