05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah İranda 8ci prezident seçiləcək

17.06.2021

Sabah İranda 13-cü dəfə prezident seçkisi keçiriləcək.

DM xəbər verir ki, bu gün ölkə üzrə sükut günüdür.

Bildirilib ki, COVID-19 səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək.

Səsvermə saat 07.00-da başlayacaq 00.00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Ali Seçki Təşkilatı səsverməni iyunun 19-da saat 02.00-a qədər uzadıla bilər.

Məlumata görə, İranda 59 milyon 310 min 307 seçici var. Bu il 1 milyon 392 min 148 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.

Rəsmi olmayan məlumata əsasən, 3,5 milyon seçici ölkə xaricində səs verəcək.

İranın 8-ci prezidenti olmağa namizədlər bunlardır: Məhkəmə sədri İbrahim Rəisi, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Məsləhət Şurasının baş katibi Möhsün Rzai, deputat Əmirhüseyn Kadızadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Abdünnasir Himməti.

Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir.