09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrana tətbiq edilən sanksiyalar - 6 QADAĞA

07.08.2018

ABŞ-ın İrana qarşı sanksiyalarının ilk hissəsi dünəndən etibarən qüvvəyə minib.
"Dövran Media" xəbər verir ki, yeni sanksiyalar İrana 6 istiqamətdə fəaliyyəti qadağan edir:
- İran dövlətinin dollardan istifadəsi qadağandır;
- İranın dövlət istiqrazlarını satması qadağandır;
- Qiymətli daşlar və digər metalların ticarəti qadağandır;
- Sərnişin təyyarəsi alması və detallarını idxal etməsi qadağandır;
- Xarici şirkətlərin İranda avtomobil sənayesinə yatırım etməsi qadağandır;
- ABŞ-a püstə və xalça ixrac etməsi qadağandır.
ABŞ-ın sanksiyalarının ikinci hissəsi noyabrın əvvəlində qüvvəyə minəcək. Bu tarixdə tətbiq ediləcək sanksiyalar içərisində ən önəmlisi İranın neft sektoruna sanksiya tətbiqi olacaq. Noyabrdakı sanksiyalar üçüncü ölkələrə də aid ediləcək. Yeni sanksiyaların əsas hədəfi İran Milli Neft Şirkəti, İran Neft Ticarəti Şirkəti və Milli Tanker Şirkəti olacaq.
Qeyd edək ki, hazırda İranın 150 milyard barrellik neft, 33,5 trilyon kubmetrlik təbii qaz ehtiyatı var. İran qaz ehtiyatlarına görə dünyada üçüncü, neft ehtiyatlarına görə isə 4-cü yerdə qərarlaşır. Hazırda gündəlik 2,2 milyon barrel neft hasil edən İranın bu sanksiyalardan sonra hasilatının gündəlik 500 min barrel azalacağı güman edilir. Noyabr ayındakı sanksiyaların qüvvəyə minməsindən sonra isə ölkənin neft hasilatının 1 milyon barrel olması gözlənilir. Bu da İranın illik 60 milyard dollar olan neft gəlirinin 43 milyard dollara qədər azalmasına gətirib çıxaracaq.
İran hazırda hasil etdiyi neftin 50%-ni Çin və Hindistana ixrac edir. 25% neftini isə Avropa ölkələrinə göndərir. İran neftinin müştəriləri sırasında Cənubi Koreya və Yaponiya da var.
Bu ölkələr içərisində yalnız Çin İrandan neft ixracını azaltmayacağını, stabil saxlayacağını bildirib. Digər ölkələrin isə ABŞ-la danışıqları heç bir fayda verməyib. Nəticədə Cənubi Koreya və Yaponiya şirkətləri İrandan ixracatı tədricən azaldacaqlarını bəyan ediblər. Bu sıraya sonradan Hindistan da qoşulub. Avropaya gəlincə isə köhnə qitənin ən böyük neft şirkətlərindən biri olan "Total” yayın əvvəllərində İran bazarından çıxdığını bəyan edib.