02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden jurnalisti təhqir etdi

17.06.2021

ABŞ Prezidenti Co Bayden Cenevrə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra mətbuat konfransında çıxış edib.

DM xəbər verir ki, Bayden çıxışı zamanı bəzi məsələləri jurnalistlərlə bölüşüb. Daha sonra Bayden kürsüdən çıxarkən ona sual verən jurnalistin üstünə qışqırıb.

Belə ki, jurnalistin "Sizi, Putinin davranışını dəyişdirəcəyinə inandıran nədir?" sualına, "Məndə belə bir əminlik yoxdur, nə baş verir, niyə hər zaman belə edirsən?! Nə vaxt belə bir şey dedim?" deyə yüksək səslə bağırıb.

Maraqlısı budur ki, ABŞ-a qayıtmaq üçün prezident təyyarəsinə minməzdən əvvəl Bayden jurnalistdən üzr istəyib.

"Bu qədər qəzəbləndiyim üçün üzr istəyirəm. Heç vaxt müsbət suallar verməzsən",- deyə ABŞ lideri ifadə edib.