02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baydenin oğlu irqi ayrı-seçkilikdə şübhəli bilinib

17.06.2021

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter əmisi qızı Kerolayn ilə yazışmalarda asiyalılar barədə alçaldıcı fikirlər səsləndirib.

Bu barədə "Daily Mail” xəbər verib.

Bildirilir ki, yazışmalar Hanter Baydenin noutbukunda tapılıb. ABŞ prezidentinin oğlu əmisi qızından onun üçün zəngin model dostlarından biri ilə görüş təşkil etməsini istəyib. Bundan sonra Kerolayn əmisi oğlunun amerikalı, yoxsa əcnəbi ilə danışmaq istədiyini soruşub.

"Assimilyasiya olunmuş əcnəbi gedər. Sarı qətiyyən olmaz”, - deyə Hanter cavab verib.

Qeyd edək ki, yazışmalar 2019-cu ildə olub.