Komada qalan qazimiz şəhid oldu 
    
                          
     
                         16.06.2021
 
    
                        44 günlük Vətən müharibəsində yaralanan qazimiz şəhid olub.
DM-in məlumatına görə, döyüşlərdə yaralanan Masallı rayon sakini Şahhüseynov Zeynal Fizuli oğlu bu gün vəfat edib.
Z.Şahhüseynov bir müddət əvvəl komaya düşüb.
O, müharibə başlayan zaman cəbhəyə könüllü yollanıb.