01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Füzuli” yarımstansiyası istifadəyə verilib

16.06.2021

"İşğaldan azad edilən Füzuli rayonunda yeni tikilən "Füzuli” yarımstansiyası istifadəyə verilib”.

DM xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

O bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV-luq yarımstansiyalar inşa olunur.

"Hazırda 110/35/10 kV-luq Füzuli yarımstansiyasındayıq. Bu yarımstansiya 3 ay ərzində inşa edilib. Yarımstansiya Füzuli rayonunu, rayondakı strateji obyekləri, hava limanı və digər böyük obyektləri, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək”.

O qeyd edib ki, 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub:

"Sistem əhəmiyyətli olan bu stansiya çox önəmlidir. Çünki Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalanacaq. Hazırda Qarabağda və ətraf ərazilərdə bu istiqamətdə işlər davam etdirilir”.