01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Toylara icazə verilməlidir - HƏKİM

16.06.2021

"Epidemioloji vəziyyətdəki stabillikdən istifadə edərək, bəzi yumşaldılmalara getmək olar”.

Bunu "ARB 24”ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

"Hesab edirəm ki, yumşaldılmalara gedilməlidir. Hətta toylara da müəyyən formatda icazə verilməlidir. Artıq çimərliklərin fəaliyyətinə icazə verilibsə, açıq havada müəyyən məhdudiyyətlə toylar niyə keçirilməsin?! Əgər toylara icazə verilsəydi, bu mərasimlərlə bağlı yeni formatda stereotip də yaranardı”, - deyə o bildirib.

Həkim onu da qeyd edib ki, hazırkı vəziyyət cəmiyyəti arxayın salmamalıdır:

"Dünyada koronavirus pandemiyası davam edir. ÜST bununla bağlı son sözünü deməyib. Bilirsiniz ki, indi Hindistanda olan "Delta” ştammı İngiltərədə və digər ölkələrdə də artıq müşahidə edilir. Bu ştammın Azərbaycana gəlməsi və ümumiyyətlə pandemiyanın dördüncü mərhələsinin yaranması ilə bağlı xeyli narahatlıqlar var. Belə olarsa, dünya yeni çətinliklə üzləşə bilər”.