01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda Azərbaycan bayraqlı pivə qalmaqal yaratdı

15.06.2021

Ermənistanda üzərində Azərbaycan bayrağı olan pivə satışa çıxarılıb.

DM Report-a istinadən xəbər verir ki, məşhur şirkətlərdən birinin istehsal etdiyi spirtli içkinin görüntüləri Ermənistanda rezonans doğurub.

Məsələ ilə bağlı qonşu ölkənin qida təhlükəsizliyi üzrə dövlət qurumu açıqlama verib, Azərbaycan bayraqlı pivənin daxili bazara "ayaq açması"nın Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə edilmiş gömrük razılaşmasına uyğun olduğunu bildirib. Belə ki, həmin məhsulun məxsus olduğu brend Futbol üzrə Avropa Çempionatının (Avro 2020) sponsorlarından biridir və bu səbəbdən Rusiyadakı zavodda çempionatda iştirak edən ölkələrin bayrağı ilə məhdud sayda pivə istehsal edib. Həmin məhsulun bir hissəsi isə Ermənistana ixrac olunub.