01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycanda öz evimizdəki kimiyik” - Şenol Günəş

15.06.2021

"Azərbaycan xalqına bizi isti qarşılamaya görə təşəkkür edirik. Öz evimizdəki kimiyik”.

DM xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransı təşkil edib.

Günəş sabahkı qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: "Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik”.