01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”

15.06.2021

 "Qardaşım İlham Əliyevin liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik. Şuşaya gələrkən gördük ki, intensiv işlər görülür”. 

DM-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə lideri bildirib ki, Füzuli aeroportunun istifadəyə verilməsi ilə bölgədə turizm imkanları da genişlənəcək. 

O qeyd edib ki, Türkiyə öz dədə-baba yurdlarına qayıdacaq azərbaycanlılarla bağlı səylərini əsirgəməyəcək. 

"Bu mövzuda dəyərli qardaşımın özəl çalışmaları var”, - deyə R.T.Ərdoğan əlavə edib.