01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə prezidentinin Şuşaya ilk səfəri

15.06.2021

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş keçirilib.

Bu barədə Türkiyə Prezident administrasiyasının rəsmi saytında dərc edilən xəbərdə qeyd olunur.

Vurğulanır ki, bu, Türkiyə prezidentinin 28 illik işğaldan sonra azad olunan Şuşa şəhərinə ilk səfəridir.

Görüş Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı rəsmi qarşılama mərasimi ilə başlayıb.

Rəsmi tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçib.