20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kadırova görə MMA-in ən güclü döyüşçüsü kimdir?

15.06.2021

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov hesab edir ki, İsveçi təmsil edən çeçen əsilli Həmzət Çimayev qarışıq döyüşdə ən güclü idmançıdır.

Bu barədə "Çeçnya seqodnya” məlumat yayıb.

"Yəqin ki, artıq Çimayev ən güclüdür, çünki Həbib idmanı tərk etdi”, - deyə Kadırov bildirib.

"Nurməhəmmədov öz zamanında daha yaxşı idi və bunu sübut etdi. Həbib hədəflərinə çatdı və idmandan ayrıldı. İndi gənc döyüşçülərə kömək edir. Öz liqası, öz işi var”.

Qeyd edək ki, hər iki döyüşçü - Nurməhəmmədov və Çimayev məğlubiyyətsiz döyüş ustalarıdır. Həbib 29 döyüşdən ardıcıl 29 qələbə qazanıb. Həmzət isə doqquz döyüşdə doqquz dəfə qələbəyə sevinib.