20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtkin düşən Ağdam sakini dronla axtarılır

15.06.2021

Ağdam rayonunun itkin düşən sakinin axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, iyunun 8-də Ağdam rayon Seyidli kənd sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat daxil olduğu gündən etibarən Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən rayon ərazisində axtarış tədbirlərinə başlanılıb. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.

C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılır. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunur.