20 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan bu il nə qədər avtomobil istehsal edib? - RƏSMİ

15.06.2021

Azərbaycanda 2021-ci ilin yanvar-may aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

DM-nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 653 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19 ədəd və ya 2,8 faiz azdır.

Təkcə may ayında isə 145 ədəd minik avtomobili istehsal edilib. Bu isə ötən ayla müqayisədə 45 ədəd və ya 45 faiz çoxdur.

İlin ilk beş ayı ərzində ölkəmizdə 239 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 134 ədəd və ya 2,3 dəfə çoxdur. Təkcə may ayında isə 77 ədəd traktor istehsal edilib ki, bu da ötən ayla müqayisədə 5 ədəd və ya 6,9 faiz çoxdur.

Ümumilikdə isə 2021-ci ilin yanvar-may ayları ərzində 107,3 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.


Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 98,5 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 70,9 faiz azalıb.