20 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəyə gələn turistlər öz ölkəsinə xalça ilə qayıdacaq

15.06.2021

Artıq bugündən Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə "Azərxalça”nın möhtəşəm xalçalarını alaraq qayıdacaqlar.

Bu barədə "Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) "Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başladı. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan "Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı tarixdə ilk dəfə özünün ilk və ən böyük mağaza – showroom-un təqdimatını edəcək.