20 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada Azərbaycanla Türkiyəni birləşdirən yol barədə müzakirələr aparılacaq

15.06.2021

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdən sonra Şuşa başda olmaqla, Qarabağın yenidənqurma və inşası layihələri ilə yanaşı siyasi və iqtisadi sahədə müqavilələrə imza atılacaq. Anlaşma çərçivəsində işğaldan azad olunan bütün ərazilərin infrastrukturunun yenidən bərpası nəzərdə tutulur.

Bu barədə "Yeni Şafak” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri haqqında yazısında qeyd edib.

"Bu prosesə Türkiyə şirkətləri də cəlb olunacaq. Anlaşma ilə Türkiyə və Azərbaycan şirkətləri arasında iş bölgüsü də müəyyən edilmiş olacaq. Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycanı birləşdirməsi planlaşdırılan avtomobil və dəmiryolu xətti ilə bağlı layihələrin də iki liderin görüşündə müzakirəsi gözlənilir”, - deyə nəşr bildirib.