Güclü şimşək gecəni işığa bürüdü   
    
                          
     
                         15.06.2021
 
    
                        Türkiyənin qərbində yerləşən Afyonqarahisar şəhərində yağışla müşahidə olunan güclü şimşək çaxmaları nəticəsində səmada işıq tamaşası müşahidə edilib.
"İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, yerli sakinlər təbiət hadisəsini telefonlarına çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Şimşəkli hava şəraiti təxminən iki saata yaxın davam edib.