28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

II Elizabet taxtdan imtina səbəblərini müzakirə edib

15.06.2021

Böyük Britaniya kraliçası II Elizabet əmisi qızı Marqaret Rodosla krallıq səlahiyyətlərindən imtina etmə ehtimalını müzakirə edib.

"Daily Star”ın məlumatına görə, bu barədə bioqraf Metyu Dennison açıqlama verib.

Bildirilir ki, kraliça qohumuna yazdığı məktubda ancaq iki halda taxtı tərk edəcəyini bildirib.

"II Elizabet insult keçirəcəyi və ya Altsheymer xəstəliyinə tutulacağı halda taxtından imtina etməyə hazırdır”, - deyə Denisson bildirib.

Bioqraf bununla belə, kraliçanın ömrü boyu səlahiyyətlərini yerinə yetirəcəyinə əmin olduğunu da vurğulayıb. Digər mütəxəssislər də onun mövqeyini bölüşürlər.