Rusiyada yanacaqdoldurma məntəqəsində dəhşətli partlayış  
    
                          
     
                         14.06.2021
 
    
                         Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı altı nəfər yaralanıb.
Bu barədə TASS təcili yardım xidmətinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, qurbanların arasında çağırışa ilk gələn Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı da var.
Yanğının sahəsi hazırda 800 kvadratmetrdir.